Məktəblər və əhali arasında səs-küy problemi: Çıxış yolu nədir?

Məktəblər və əhali arasında səs-küy problemi: Çıxış yolu nədir?
13.10.2025 16:07 Elm və Təhsil

Son günlər sosial şəbəkələrdə yayımlanan görüntülərdə bəzi məktəblərdə səhər saatlarında motivasiya xarakterli mahnıların yüksək səslə oxudulduğu görünür.  

Bu cür hallar əksərən yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olur. Onlar bildirirlər ki, səhər tezdən musiqinin yüksək səslə yayılması körpələrin, yaşlıların istirahətinə və ümumi rahatlığa mənfi təsir göstərir.

Bəs məktəblərdə səs hansı səviyyədə olmalıdır?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, ekspert Əmrah Həsənli TodayPress TV-yə açıqlamasında bildirib ki, məktəb və bağçaların əsas funksiyası uşaqların təhsil və tərbiyəsini təmin etmək olsa da, bu müəssisələr həm də ictimai məkanlardır və qonşuluq, ətraf mühitlə əlaqədə müəyyən qaydalar çərçivəsində fəaliyyət göstərməlidirlər.

Onun sözlərinə görə, yüksək səs səhər və günün sakit vaxtlarında ətraf sakinlər üçün narahatlıq yarada bilər:

"Qanunvericilik və normativ qaydalar da bunu müəyyən edir. Dövlət və özəl təhsil müəssisələrinin fəaliyyətində səs-küy səviyyəsinin müəyyən limitləri var və ictimai yerlərdə səsin nəzarətsiz artırılması tövsiyə olunmur".

Ekspert əlavə edib ki, təhsil müəssisələri uşaqlar üçün motivasiyaedici və təlim-tərbiyə prosesini dəstəkləyən səslərdən istifadə edə bilər, lakin bu, ətraf mühitə hörmətlə yanaşmaqla balanslı şəkildə həyata keçirilməlidir:

“Belə olan halda isə şikayətlərdə müəyyən qədər haqlı tərəf var. Burada əsas məsələ məsuliyyətli idarəetmə və qaydaların düzgün tətbiqidir. Məktəblər və bağçalar səs səviyyəsini və vaxtını nəzərə almalı, qonşuluq və ictimai mənafeləri qoruyaraq fəaliyyət göstərməli, valideynlər və sakinlərlə dialoq qurmalı, şikayətlərə operativ və açıq cavab verməli, dövlət normativləri və təhsil qaydaları çərçivəsində səs tədbirlərini planlaşdırmalıdırlar".

Əmrah Həsənli vurğulayıb ki, problem yalnız səsin mövcudluğu deyil, onun idarə olunması və cəmiyyətlə harmoniyada təqdim edilməməsidir.

“Məktəblərimiz və bağçalarımız bu sahədə daha həssas davranmalı, həm uşaqların təhsil prosesini zənginləşdirməli, həm də ətraf mühitə və sakinlərə hörmət göstərməlidirlər", - deyə o fikirlərini yekunlaşdırıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Məktəblər və əhali arasında səs-küy problemi: Çıxış yolu nədir? — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
"Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Bütün Xəbərlər