Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesi davam edir

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesi davam edir
12.08.2025 12:32 Elm və Təhsil

2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə iyulun 18-də start verilib. İndiyədək ölkə üzrə 32 min 371 nəfərin sorğusu təsdiqlənib, 4104 nəfər uşağın sorğusu isə təsdiq gözləyir. 

Bu barədə TodayPress TV-yə MÜTDA-dan məlumat verilib.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 1669 məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Artıq uşaqların 70 faizi məktəbəqədər təhsil müəssisələrinə yerləşib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər