Məktəbəqədər müəssisələrdə optimallaşdırma prosesi həyata keçirilir

Məktəbəqədər müəssisələrdə optimallaşdırma prosesi həyata keçirilir
30.07.2025 15:24 Elm və Təhsil

“Dövlət məktəbəqədər müəssisələrində optimallaşdırma prosesi həyata keçirilir”. 

TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, proses çərçivəsində növbəsi olmayan və boş qruplar bağlanır, əvəzində ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır. 

“İlkin mərhələdə bu tədbirlər nəticəsində əlavə olaraq 448 uşaq təhsilə cəlb olunub. İkinci mərhələdə isə daha 500 uşağın cəlbi proqnozlaşdırılır”. 

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər