Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı
Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb.
TodayPress TV xəbər verir ki, bu haqda “Trend” məlumat yayıb.
Məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi təsdiqləyib.
Bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.