Magistraturaya elektron sənəd qəbuluna başlanılır

Magistraturaya elektron sənəd qəbuluna başlanılır
23.07.2025 15:55 Elm və Təhsil

24 iyul saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşacaq.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər