Emin Əmrullayevin Daşkəsəndəki vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Emin Əmrullayevin Daşkəsəndəki vətəndaş qəbulunun vaxtı dəyişdirildi
23.06.2025 10:36 Elm və Təhsil

Elm və təhsil naziri Emin Əmrullayevin 27 iyun 2025-ci il tarixində Daşkəsən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə TodayPress TV-yə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaş qəbulu iyunun 30-da keçiriləcək.

Qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər