Emin Əmrullayev Çində beynəlxalq konfransda iştirak edir

Emin Əmrullayev Çində beynəlxalq konfransda iştirak edir
11.06.2025 12:48 Elm və Təhsil

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir. 

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Sözügedən konfrans "İnnovasiya üçün birlikdə, hərkəs üçün inkişaf – Bir Kəmər, Bir Yol üçün Elm və Texnologiya İnnovasiya Birliyinin Birgə Qurulması" mövzusuna həsr edilib. 

Konfransda 100-dən çox ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər. 

Konfrans çərçivəsində elm və texnologiya sahəsində əlaqələr üçün yeni modellərin araşdırılması və əməkdaşlıq şəbəkəsinin formalaşdırılması, texnologiya transferi, elmi-texnoloji parklar və sahibkarlıq sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması mövzularında müzakirələr aparılır.

FOTOLAR

Emin Əmrullayev Çində beynəlxalq konfransda iştirak edir — 1
Emin Əmrullayev Çində beynəlxalq konfransda iştirak edir — 2
Emin Əmrullayev Çində beynəlxalq konfransda iştirak edir — 3
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər