DİM-in ikinci cəhd qəbul imtahanı baş tutdu

DİM-in ikinci cəhd qəbul imtahanı baş tutdu
12.07.2026 15:55 Elm və Təhsil

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahanın ikinci cəhdi keçirilib.

TodayPress TV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahanlar 4 binada təşkil olunub. İmtahanlarda ümumilikdə 968 abituriyentin iştirakı nəzərdə tutulub.

İmtahan prosesinin idarə olunmasına 12 imtahan rəhbəri və 101 nəzarətçi cəlb edilib. İmtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

Qeyd edək ki, III ixtisas qrupu üzrə keçirilən coğrafiya fənni üzrə əlavə imtahanın müddəti 1 saat təşkil edib.

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər