Daha bir direktorun səs yazısı yayıldı

Daha bir direktorun səs yazısı yayıldı
21.05.2025 20:50 Elm və Təhsil

Sosial şəbəkələrdə 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və məktəbin müəllimi Lalə Şəfaqətovanın səs yazısı yayılıb.

TodayPress TV xəbər verir ki, səs yazısından məlum olur ki, direktor müəllimi keçmiş direktor müavini Svetlana Hüeynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.

Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, sözügedən səs yazısı araşdırılır və nəticə ilə bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, Svetlana Hüseynova 2023-cü ildə işdən çıxarılıb və işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə direktor Afaq Əliyevanı məhkməyə verib.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər