Bakıda və rayonlardakı bağçalarda işlər davam etdirilir
“Bakıda və rayonlarda və bağçalar isti yeməklərlə təmin olunub”.
TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu il Bakıdakı 4 bağça da isti yeməklərlə təmin olunub.
“Hazırda işlər davam etdirilir. Rayonlarda da eyni paytaxtdakı kimi bütün bağçaları isti yemək və qidalarla təmin etməyi hədəfləmişik”.
Töhfə Səməd