Bakı Türk Anadolu Liseyinin yeni binasının açılışı oldu

Bakı Türk Anadolu Liseyinin yeni binasının açılışı oldu
22.09.2025 16:46 Elm və Təhsil

Sentyabrın 22-də elm və təhsil naziri Emin Əmrullayev ilə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində iştirak edib.

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Tədbir Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb və ardınca milli folklor proqramı təqdim edilib.

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxışında Azərbaycan–Türkiyə münasibətlərinin qardaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uzunmüddətli perspektivdə regionun intellektual inkişafına mühüm töhfə verdiyini qeyd edib. Səfir yeni tədris binasının istifadəyə verilməsini bu strateji əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.

Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin çıxışında təhsilin xalqlar arasında birliyi gücləndirən ən vacib amillərdən biri olduğunu bildirərək Azərbaycan və Türkiyənin birgə təhsil layihələrinin davamlı şəkildə genişləndiyini diqqətə çatdırıb. Nazir gənclərin müasir bilik və bacarıqlara yiyələnməsini dəstəkləyən birgə proqramların gələcəkdə daha da inkişaf etdiriləcəyini deyib.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında iki ölkə arasında təhsil sahəsində qarşılıqlı etimad və dəstəyin ildən-ilə gücləndiyini qeyd edib, Bakı Türk Anadolu Liseyinin yeni binasının bu əməkdaşlığın davamlı xarakter daşıdığını göstərən mühüm bir addım olduğunu bildirib. Nazir hər iki ölkə başçısının elm və təhsil sahəsində əməkdaşlığın inkişafına verdikləri dəstəyi xüsusi vurğulayıb.

Mərasim çərçivəsində xatirə ağacı əkilib, simvolik lentkəsmə mərasimi baş tutub və qonaqlar yeni tədris binası ilə yaxından tanış olublar.

TodayPress TV

FOTOLAR

Bakı Türk Anadolu Liseyinin yeni binasının açılışı oldu — 1
Bakı Türk Anadolu Liseyinin yeni binasının açılışı oldu — 2
Bakı Türk Anadolu Liseyinin yeni binasının açılışı oldu — 3
Bakı Türk Anadolu Liseyinin yeni binasının açılışı oldu — 4
Bakı Türk Anadolu Liseyinin yeni binasının açılışı oldu — 5
Bakı Türk Anadolu Liseyinin yeni binasının açılışı oldu — 6
Bakı Türk Anadolu Liseyinin yeni binasının açılışı oldu — 7
Bakı Türk Anadolu Liseyinin yeni binasının açılışı oldu — 8
Bakı Türk Anadolu Liseyinin yeni binasının açılışı oldu — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər