ADA Universitetində Liderlik Proqramına start verildi

ADA Universitetində Liderlik Proqramına start verildi
20.05.2025 17:37 Elm və Təhsil

ADA Universitetinin İxtisasartırma Proqramı İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli əməkdaşlarının bilik və bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə Liderlik Proqramına start verib. 

TodayPress TV xəbər verir ki, İxtisasartırma Proqramının İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzi ilə birgə təşkil etdiyi Proqram 16 may tarixindən etibarən öz fəaliyyətinə başlayıb.   

Proqramın rəsmi açılış mərasimində ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva, eləcə də İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzinin İdarə Heyətinin sədri Aidə İbrahimova çıxış ediblər. 

Aygün Hacıyeva iştirakçıları salamlayaraq Proqramın məqsədləri, tədris planı və gözlənilən nəticələr barədə geniş məlumat verib.

O, ADA Universitetinin İxtisasartırma Proqramının dövlət qulluqçularının peşəkar inkişafına verdiyi töhfələrdən bəhs edərək bildirib ki, bu proqram rəhbər heyətin sürətlə dəyişən iş mühiti və yeni trendlərə çevik şəkildə uyğunlaşmasına, qərarvermə və idarəetmə bacarıqlarının artırılmasına xidmət edir. 

İqtisadiyyat Nazirliyinin Təlim-Tədris Mərkəzinin İdarə Heyətinin sədri Aidə İbrahimova çıxışında bu təşəbbüsün dövlət idarəçiliyində liderlik potensialının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.   

Qeyd edək ki, Proqram beş moduldan ibarətdir və hər qrup üzrə 30 akademik saat ərzində tədris olunacaq. Təlimlər dövlət, özəl və akademik sektorları, eləcə də beynəlxalq təşkilatları təmsil edən onadək təcrübəli ekspert tərəfindən aparılacaq. 

Modullar komanda və dəyişikliklərin idarə olunması, liderlikdə effektiv kommunikasiya, strateji qərarvermə, ictimai çıxış və danışıqların aparılması kimi mövzuları əhatə edir.

Proqram çərçivəsində 25 rəhbər dövlət qulluqçusu həm nəzəri biliklərini artıracaq, həm də interaktiv sessiyalar vasitəsilə praktiki bacarıqlarını inkişaf etdirəcək.

FOTOLAR

ADA Universitetində Liderlik Proqramına start verildi — 1
ADA Universitetində Liderlik Proqramına start verildi — 2
XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər