Yaponiya hipersəs raketlərinə keçir

Yaponiya hipersəs raketlərinə keçir
19.08.2026 09:21 Dünya

Yaponiyanın Müdafiə Nazirliyi 2027-ci ildə sualtı qayıqlardan buraxılan hipersəs raketlərinin və uzaq mənzilli zərbə PUA-larının hazırlanmasına başlamaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, müvafiq maddələr artıq müdafiə qurumunun 2027-ci il büdcə layihəsində öz əksini tapıb. Bildirilib ki, gələn il Müdafiə Nazirliyinin büdcəsində “cavab zərbəsi potensialının” həyata keçirilməsi ilə bağlı texnologiya və silahlara xüsusi diqqət yetiriləcək.

Qeyd olunur ki, Yaponiya tərəfi qarşısının alınması daha çətin olan sualtı qayıqlardan buraxılan hipersəs raketlərinin hazırlanmasına başlamaq, həmçinin pilotsuz sualtı aparatların uzaqmənzilli raketləri buraxmaq imkanına malik olmasını təmin edəcək texnologiyalar üzərində işləmək niyyətindədir.

Məlumata görə, hava hücumundan müdafiə sahəsində pilotsuz ələkeçirici aparatların, eləcə də gəmilərdən istifadə edilən zərbə PUA-larının alınması nəzərdə tutulur. Həmçinin birgə operativ komandanlıq üçün süni intellekt əsasında qərar qəbuletməyə dəstək sistemi hazırlanacaq.

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər