Xameneinin yasında Trampa süi-qəsd ismarıcı! -qırmızı bayraqlar qaldırıldı

 Xameneinin yasında Trampa  süi-qəsd ismarıcı! -qırmızı bayraqlar qaldırıldı
04.07.2026 10:59 Dünya

İranda keçmiş Ali Rəhbər Ayətullah Əli Xameneinin dəfni və vida mərasimləri zamanı iştirakçılardan biri ABŞ Prezidenti Donald Trampın şəklini nişangah içində əks etdirən poster tutub.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Görüntülərdə Tehranın İmam Xomeyni Grand Mosalla kompleksində matəm iştirakçılarından bir qadının əlində bu poster görünür.

Mərasimdə minlərlə insan “Death to America” (Amerikaya ölüm) və qisas şüarları səsləndirib, qırmızı bayraqlar daşıyıb.

Qeyd edək ki, Xamenei fevralda ABŞ-İsrail hərbi əməliyyatları zamanı öldürülüb. Onun dəfni və matəm mərasimləri 4-9 iyul tarixlərində keçirilir və Tehranda milyonlarla insanın iştirakı gözlənilir.

Jalə Rövşən



XƏBƏR LENTİ
04 IYUL 2026
Bütün Xəbərlər