Tarixin ən böyük olaylarından biri: Xameneinin dəfnində 20 milyon insan iştirak edəcək

Tarixin ən böyük olaylarından biri: Xameneinin dəfnində 20 milyon insan iştirak edəcək
03.07.2026 13:55 Dünya

İranın keçmiş Ali lideri Əli Xameneinin cənazəsi Tehrandakı Böyük Mosalla məscidinə çatdırılıb. Bununla da ölkə tarixində ən böyük dəfn mərasiminin keçiriləcəyi gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İrana 36 ildən çox rəhbərlik etmiş keçmiş liderin cənazəsi iyulun 9-da Məşhəddəki İmam Rza ziyarətgahında dəfn olunacaq.

Həmin tarixə qədər İran və İraqda günlərlə davam edən matəm yürüşlərinin keçirilməsi planlaşdırılır.

Mərasimlərdə 20 milyona qədər insanın iştirak edəcəyi ehtimal olunur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər