Xameneinin dəfnində minlərlə insanın ölə biləcəyi iddia edilir

Xameneinin dəfnində minlərlə insanın ölə biləcəyi iddia edilir
06.07.2026 10:32 Dünya

İranın sabiq Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi ərəfəsində İran hakimiyyətinin mümkün fövqəladə hallara qarşı xüsusi hazırlıq gördüyü iddia olunur.

TodayPress TV xəbər verir ki, Almaniyanın "WELT" nəşrinin yaydığı məlumata əsasən, İran Qızıl Aypara Cəmiyyəti və Böhranların İdarə Edilməsi Təşkilatı ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Arifə məxfi məktub göndərib.

İddiaya görə, sənəddə milyonlarla insanın qatılacağı gözlənilən mərasim zamanı izdiham və yüksək temperatur səbəbindən 1500-3000 nəfərin həyatını itirə biləcəyi ehtimalı qeyd olunub.

Bildirilib ki, bu ssenariyə hazırlıq məqsədilə Tehrandakı Behişti-Zəhra qəbiristanlığında minlərlə qəbir əvvəlcədən hazırlanıb. Eyni zamanda, mümkün həlak olanların və itkin düşən şəxslərin qeydiyyatı üçün xüsusi qərargahın yaradıldığı da vurğulanır.

"WELT"-ə danışan Tehran bələdiyyəsinin əməkdaşlarından birinin sözlərinə görə, qəbir yerlərinin hazırlanması ilə bağlı məlumat həqiqətə uyğundur.

Qeyd edək ki, Əli Xamenei ilə vida mərasimləri Tehranda başlayacaq, daha sonra Qum, Nəcəf və Kərbəla şəhərlərində davam edəcək. Onun iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcəyi bildirilir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər