Vaşinqton və Tehran arasında yeni razılaşma: 3 milyard dolların taleyi bəlli oldu
ABŞ və İran arasında Qətərin paytaxtı Doha şəhərində keçirilən danışıqlarda İranın dondurulmuş vəsaitlərinin ilk hissəsinin istifadəsi ilə bağlı razılıq əldə olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
Məlumata görə, söhbət 3 milyard ABŞ dollarından gedir. Razılaşmaya əsasən, bu vəsait İrana nağd şəkildə köçürülməyəcək. Vəsaitin bir hissəsi, o cümlədən ABŞ-dən əsas tələbat mallarının alınmasına yönəldiləcək.
Qeyd edək ki, tərəflər arasında aparılan danışıqların əsas mövzularından biri də İrana qarşı tətbiq olunan maliyyə məhdudiyyətləri və dondurulmuş aktivlərin mərhələli şəkildə istifadəyə açılmasıdır.