Ukrayna Silahlı Qüvvələri Rusiyanın təhdidinə cavab verdi

Ukrayna   Silahlı Qüvvələri  Rusiyanın təhdidinə cavab verdi
14.08.2026 17:25 Dünya

Ukrayna Silahlı Qüvvələri Rusiyanın bu qış Ukraynanın mülki əhalisinə qarşı daha çox PUA hücumları həyata keçirəcəyi ilə bağlı mesajına cavab verib.

TodayPress TV xəbər verir ki, bu barədə "RBC Ukrayna" məlumat yayıb.

Qeyd edilib ki, Rusiya Müdafiə Nazirliyi avqustun 14-də  Rusiya hücum dronlarının fotosunu paylaşaraq “Gözlənilmədən” ifadəsini yazıb və “Bu qış sizi donma gözləyir” mesajını yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi isə buna Rusiya neft emalı zavodlarından birinin hücumdan sonra alov içində qaldığı foto ilə cavab verib.

Ukrayna tərəfi bildirib ki, Rusiya qış aylarında Ukraynanın mülki əhalisinə qarşı hücumları gücləndirərsə, Rusiyanın neft emalı zavodlarına zərbələr də daha tez-tez həyata keçiriləcək.

Beləliklə, Ukrayna tərəfi Moskvanın “dondurmaq” təhdidinə cavab olaraq Rusiyanın enerji infrastrukturunu hədəf göstərəcəyinə işarə edib.

Jalə Rövşən 

FOTOLAR

Ukrayna   Silahlı Qüvvələri  Rusiyanın təhdidinə cavab verdi — 1
XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər