Ukrayna Rusiya üzərində tarixi qələbəyə yaxınlaşır - son 4 gün...
Saatlar amansızcasına işləyir. Krımın potensial tam blokadasına cəmi 4 gün qaldığı haqqında fikirlər formalaşıb. Yarımadadakı panika artıq dövlət televiziyasının təbliğatı ilə gizlədilə bilmir.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, infrastruktur tam çöküb. “Miranda” mobil operatoru tamamilə qaranlığa qərq olub, əhali ilə rabitə kəsilib. Yerli internet provayderləri iflas həddindədir, ehtiyat generatorları və xidməti nəqliyyat vasitələri benzinsiz qalıb.
Sakidəki istilik elektrik stansiyası dağıdıldıqdan sonra rejim bunu “yüksək gərginlikli şəbəkədə nasazlıq” kimi təqdim etməyə çalışıb. Lakin yerli sakinlər hər şeyin fərqində olduqlarını deyirlər.
İşğal olunmuş ərazilərə köçmüş rus mülki vətəndaşlarına açıq mesaj verilir: "Hələ şansınız varkən qaçın. Rusiya hava müdafiəsi sizi qoruya bilmir. Körpü məhv olduqdan sonra Kreml sizin taleyinizə əhəmiyyət verməyəcək. Siz tərk edilmiş vəziyyətdəsiniz və yalnız Putinin vədlərinə inandığınız üçün özünüzü günahlandırmalısınız".
Jalə Rövşən