Tverdə dron qalıqları anbarın divarını dağıtdı: İşçilər təxliyə edildi

Tverdə dron qalıqları anbarın divarını dağıtdı: İşçilər təxliyə edildi
14.08.2026 11:00 Dünya

Tver vilayətində dron qalıqları Wildberries anbarının divarına zərər vurub.

TodayPress TV "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Tver vilayətinin qubernatoru vəzifəsini icra edən Vitali Korolyov məlumat verib.

Hadisə Kalininski rayonunda baş verib.

Onun sözlərinə görə, dağıntılar nəticəsində yaranan tüstü qısa müddətdə söndürülüb, anbarın heç bir əməkdaşı xəsarət almayıb. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

Wildberries-Russ şirkəti də hadisəni təsdiqləyərək zərərin kiçik olduğunu bildirib. Şirkətin məlumatına görə, dron qalıqları binanın divarına dəyib, ərazi təhlükəsizlik məqsədilə boşaldılıb, mallara isə ziyan dəyməyib.

Qeyd edilib ki, bu, son günlər ərzində şirkətin Tver vilayətindəki anbarına ikinci belə hadisədir. Avqustun 4-də də dron hücumunun qarşısının alınması zamanı PUA qalıqları anbarın divarına zərər vurmuşdu.

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər