Türkiyədə mikroavtobus xəndəyə aşdı

Türkiyədə mikroavtobus xəndəyə aşdı
18.08.2026 17:24 Dünya

Türkiyənin Sivas şəhərində sərnişin mikroavtobusu qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, “Milliyet”in məlumatına görə, hadisə Elmaseki-Çokrak kəndi yaxınlığında baş verib.

Sivasdan Suşehriyə gedən və 14 nəfərin olduğu mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil maneəyə çırpılaraq xəndəyə düşüb.

Qəza nəticəsində 10 nəfər yaralanıb. Onlardan dördünün vəziyyətinin ağır olduğu və həyatları üçün təhlükə yarandığı bildirilib. Yaralılar helikopterlə Sivas şəhər mərkəzindəki xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Türkiyədə mikroavtobus xəndəyə aşdı — 1
XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər