Tramp Kim Çen Inla görüşmək istəyir
ABŞ Prezidenti Donald Tramp köməkçilərinə payızda Şimali Koreya lideri Kim Çen Inla görüş təşkil etməyi tapşırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp Asiyaya planlaşdırılan səfəri çərçivəsində Kim Çen Inla təkbətək görüş keçirmək imkanını məsləhətçiləri ilə müzakirə edib.
Nəşr yazır ki, ABŞ lideri noyabrda Çinin Şençjen şəhərində keçiriləcək APEC sammitində iştirak etmək üçün Asiyaya səfər edə bilər. Lakin hazırda Tramp və Kim Çen Inın görüşü ilə bağlı rəsmi plan yoxdur.
Tramp görüşü dialoqu yenidən bərpa etmək və Pxenyanı nüvə proqramından imtina etməyə razı salmaq üçün fürsət kimi qiymətləndirir.
Qeyd edək ki, Tramp prezidentliyinin ilk dövründə Kim Çen Inla üç dəfə – 2018 və 2019-cu illərdə görüşüb.
Türkan İsgəndərli
TodayPress TV