Tramp İrana "yası yola vermək üçün" bir həftəlik icazə verdi

Tramp İrana "yası yola vermək üçün" bir həftəlik icazə verdi
04.07.2026 09:55 Dünya

ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonun İranla apardığı danışıqları müvəqqəti olaraq dayandırdığını bəyan edib.

TodayPress TV xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, bu qərar İslam Respublikasının Ali lideri Ayətullah Əli Xameneinin dəfn mərasimi ilə bağlıdır.

Bu barədə ABŞ lideri Cənubi Dakotada, ölkənin Müstəqillik Günü (4 İyul) münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zamanı məlumat verib.

Tramp Tehranın ABŞ ilə razılığa gəlməkdə olduqca maraqlı olduğunu vurğulayıb:

"Onlar razılaşma əldə etməyə can atırlar. Onlar cidd-cəhdlə razılaşma istəyirlər. Biz onlara dəfn mərasimi üçün bir həftəlik fasilə vermişik".

Qeyd edək ki, ABŞ rəhbərliyinin İrana verdiyi bu bir həftəlik fasilədən sonra tərəflər arasında danışıqların hansı müstəvidə davam edəcəyi hələlik açıqlanmır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 IYUL 2026
Bütün Xəbərlər