Tramp benzinin bahalaşmasına görə amerikalılardan üzr istəmədi: "Düzgün iş görmüşəm"

Tramp benzinin bahalaşmasına görə amerikalılardan üzr istəmədi: "Düzgün iş görmüşəm"
15.08.2026 07:10 Dünya

ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibə səbəbindən benzinin qiymətinin artmasına görə vətəndaşlarından üzr istəməkdən imtina edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Nassau dairəsindəki polis akademiyasında çıxışı zamanı danışıb.

İrana qarşı müharibənin başlanmasının səbəblərindən danışan Tramp, bir daha Tehranın "heç vaxt nüvə silahına sahib olmamalı olduğunu" bildirib:

"Biz onların nüvə silahına sahib olmasını istəmirik. Ona görə də bir qədər baha benzinə pul ödəməli olduğunuz zaman bunu xatırlayın. Hazırda siz 4 dollar ödəyirsiniz. Bunun heç bir dəhşətli tərəfi yoxdur. Mən heç vaxt üzr istəməyəcəm. Mən düzgün iş görmüşəm".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər