Tehranın ən dağıdıcı silahı - Dünya iflic ola bilər
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Tehranın əlindəki strateji coğrafi mövqeləri kütləvi qırğın silahları ilə müqayisə edib.
Todaypress TV xəbər verir ki, Medvedyev bunu İrana rəsmi səfərindən sonra jurnalistlərə açıqlamasında səsləndirib.
O bildirib ki, qlobal neft və yük daşımalarının kilid nöqtəsi olan boğazlar İran üçün ABŞ ilə münaqişədə ən böyük rıçaqdır:
"Hörmüz boğazı ABŞ ilə münaqişədə İran üçün 'nüvə silahından zəif olmayan bir silah'a çevrilib. Düşünürəm ki, İranın arsenalında təkcə bu 'nüvə silahı' deyil, həm də 'termonüvə silahı' var — bu isə Bab əl-Məndəb boğazıdır. Onun bağlanması bütün daşımaların tamamilə bloklanması deməkdir."
Rusiya rəsmisi bu addımların dünya iqtisadiyyatını iflic edə biləcəyini vurğulayaraq, regionda gərginliyi artıran xarici gücləri bu reallığı unutmamağa çağırıb.
Jalə Rövşən