Tehranda "qisas bayrağı" qaldırıldı
İranda qırmızı "qisas bayrağı" yenidən qaldırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "ISNA" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Tehranda İmam Xomeyni ziyarətgahının günbəzində üzərində "Ey, Hüseynin qisasçıları" yazılmış qırmızı bayraq ucaldılıb.
Qırmızı bayraq qisas və intiqam çağırışının rəmzi hesab olunur.
Qeyd edək ki, bayraq sonuncu dəfə ABŞ və İsrailin hücumu nəticəsində sabiq ali dini rəhbər Ayətullah Əli Xameneinin ölümündən sonra qaldırılıb.
Türkan İsgəndərli