Təcili əmr verildi: İran "ordusu" ləğv edilir - 30 sentyabra qədər...
Bağdadda bütün İran tərəfdarı milis qruplarına 30 sentyabr tarixinə qədər tam tərksilah olmaları və ya qanun qarşısında cavab vermələri barədə son tarix qoyulub.
TodayPress TV xəbər verir ki, bu barədə İraqın Baş naziri Əli əl-Zeydi qərar qəbul edib.
Qeyd edək ki, Baş nazirin bu qərarı ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İŞİD-ə qarşı missiyasının başa çatması ilə üst-üstə düşür.
Məlumatlara görə, Əli əl-Zeydi Vaşinqtona səfərindən əvvəl ABŞ-nin ciddi təzyiqi altındadır. Bəzi qrupların artıq nəzarəti təhvil verməyə başladığı bildirilir.
2003-cü il işğalından və İŞİD-lə mübarizə dövründən bəri İran tərəfindən dəstəklənən bu qruplar 20 ildən artıq müddət ərzində ölkədə güclü mövqeyə malik olublar.
İndi Bağdad hökuməti nəzarəti geri qaytarmağa çalışır.
Jalə Rövşən