Stubb Rusiyaya vaxt verdi: “Bir neçə həftəyə əlaqə qurmalıyıq”
Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya ilə dialoqun mümkün qədər tez bərpa edilməsinin vacib olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Stubb “Koululainen” jurnalına müsahibəsində deyib ki, Rusiya ilə əlaqə yaratmaq üçün “indi yoxsa, növbəti bir neçə həftə və ya iki ay ərzində” addım atmaq lazımdır.
Finlandiya prezidenti Moskva ilə mümkün danışıqların digər Avropa ölkələri ilə koordinasiya edilməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə Rusiya ilə münasibətlər həm Avropa səviyyəsində, həm də ikitərəfli formatda bərpa olunmalıdır.
Stubb daha əvvəl də yaxın həftələrdə Rusiya ilə dialoqa başlamağa hazır olduğunu açıqlamışdı.
Türkan İsgəndərli