Səyahətə gedənlərin DİQQƏTİNƏ: Xaricdə pul itirməməyin yolları

Səyahətə gedənlərin DİQQƏTİNƏ: Xaricdə pul itirməməyin yolları
04.07.2026 07:29 Dünya

Şəxsi maliyyə üzrə britaniyalı ekspert Endryu Haqqer xaricə səyahət edən turistlərə pul itkisindən qorunmaq üçün altı vacib tövsiyə verib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, turistlər ilk növbədə otelin seyfindən istifadə etməli, üzərlərində böyük məbləğdə nağd pul gəzdirməməli, kartla ödəniş zamanı yerli valyutanı seçməli və qiymətli əşyalarını təhlükəsiz yerdə saxlamalıdırlar.

Ekspert həmçinin iri məbləğli alış-verişlərdə kredit kartından istifadə etməyi, nağd pul çıxararkən isə bankomatın komissiyasını əvvəlcədən yoxlamağı tövsiyə edib. O bildirib ki, səyahət zamanı əsas risk oğurluqdan çox, turistlərin diqqətsiz davranmasıdır.

XƏBƏR LENTİ
04 IYUL 2026
Bütün Xəbərlər