Səsverməyə bir qədər qalmış gözlənilməz gediş: Xmara postunu tərk etdi
Ukrayna hökuməti müdafiə naziri vəzifəsini icra edən Yevgeni Xmaranı istefaya göndərib.
TodayPress TV xəbər verir ki, Ukrayna Nazirlər Kabineti Yevgeni Xmaranı müdafiə naziri vəzifəsini icra edən şəxs vəzifəsindən Ali Radanın onun müdafiə naziri vəzifəsinə tamhüquqlu təyinatını təsdiqləmək üçün səsverməsindən bir qədər əvvəl azad edib.
Sənəd hökumətin saytında dərc olunub.
Sənəddən Xmaranın vəzifəsindən öz istəyi ilə getdiyi məlum olur. Eyni zamanda Nazirlər Kabineti Xmaranın müvəqqəti olaraq müdafiə nazirinin səlahiyyətlərini icra etməsinə dair qərarı da ləğv edib.
Qiymət Mahir