SEPAH-a yeni komandan təyin edildi
Admiral Əli Özmai İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin yeni komandanı təyin edilib.
TodayPress TV xəbər verir ki, o, bu vəzifədə ABŞ və İsrailə aid edilən hücumlar zamanı həlak olan admiral Əlirza Təngsirini əvəz edib.
Yeni komandan təyinatından sonra verdiyi ilk açıqlamada ABŞ və İsraili Ayətullah Əli Xameneinin ölümü ilə bağlı ittiham edib. Admiral Özmai yaxın vaxtlarda bunun qisasının alınacağını bəyan edib.