Rusiyaya ağır itki - Ukrayna "bir daşla 7 quş vurdu"

Rusiyaya ağır itki - Ukrayna "bir daşla  7 quş vurdu"
03.07.2026 14:54 Dünya

Ukrayna Təhlükəsizlik Xidməti  Krımdakı Saki və Qvardeyskoye hərbi aerodromlarına zərbələr endirildiyini elan etdi.

TodayPress TV xəbər verir ki, bu barədə "SBU" məlumat yayıb.

Bu, Saki aerodromuna bir həftə ərzində ikinci hücumdur.

Hücumun Su-30SM, Su-30 və Su-24 qırıcı təyyarələrinin və cəbhə bombardmançılarının yerləşdiyi yeddi anqara dəydiyi bildirilir.

Ukrayna kəşfiyyat xidmətinin ilkin məlumatına görə, ən azı yeddi təyyarə məhv edilib və ya zədələnib.

Bundan əlavə,  mənbənin məlumatına görə, zərbə "Şahed" tipli dronların və aviasiya avadanlıqlarının saxlanıldığı iki anqarın zədələndiyi Qvardeyskoye aerodromuna endirilib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər