Rusiyada neft emalı zavoduna PUA hücumu: Partlayış və yanğın baş verdi - VİDEO
Rusiyanın Başqırdıstan Respublikasının Salavat şəhərində yerləşən neft emalı zavoduna Ukrayna PUA-ları ilə hücum edildiyi bildirilir.
TodayPress TV xəbər verir ki, məlumata görə, zərbədən sonra zavodun ərazisində partlayış baş verib və yanğın başlayıb.
Lakin hücumun nəticələri, mümkün dağıntılar və itkilər barədə hələlik rəsmi məlumat verilməyib.
Hadisənin təfərrüatlarının araşdırıldığı bildirilir.
Türkan İsgəndərli