Rusiya yüzlərlə Ukrayna PUA-sını vurdu
Rusiya Hava Hücumundan Müdafiə sistemləri ötən sutka ərzində Ukraynanın 415 PUA-sını və 12 idarə olunan aviasiya bombasını vurub.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən sutka ərzində Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi yanacaq, enerji və nəqliyyat infrastrukturu obyektlərinə, PUA-ların saxlanması və buraxılış məntəqələrinə zərbələr endirib.
Rusiya MN Ukrayna tərəfinin son 24 saat ərzində 1500-dən çox hərbçi itirdiyini açıqlayıb.