Rusiya Avropadakı bütün nüvə obyektlərini hədəfə aldı - Uzunmənzilli raketlər əmrə hazır
Rusiya kəşfiyyatının sanksiyalara məruz qalmış neft tankerlərindən istifadə edərək Avropadakı nüvə obyektləri üzərində müşahidə əməliyyatları həyata keçirdiyi iddia olunur.
TodayPress TV xəbər verir ki, yayılan məlumata əsasən, əməliyyat zamanı uzaqmənzilli hərbi pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib.
Bildirilib ki, Böyük Britaniya, Fransa və Almaniyadakı strateji əhəmiyyətli nüvə obyektləri müşahidə olunub. İddialara görə, Rusiyanın "kölgə donanması"na daxil olan sanksiyalı neft tankerləri isə dronların buraxılması üçün mobil platforma kimi istifadə edilib.
Qeyd edək ki, bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Nicat Osmanlı