Qazaxıstanda ruslara benzin satılacaq, amma BİR ŞƏRTLƏ
Qazaxıstan Rusiyadan gələn avtomobillərə benzin satılmasına icazə verib. Lakin yeni qaydalara əsasən, yanacağın avtomobillərin əlavə çənlərinə doldurulmasına icazə verilməyəcək.
TodayPress TV xəbər verir ki, bununla yanaşı, Rusiya öz neftinin Qazaxıstanda emal edilməsi imkanını da nəzərdən keçirir. Hazırda Qazaxıstanın üç neft emalı zavodunda Rusiya şirkətləri fəaliyyət göstərir.
Bu yanaşma Rusiyaya xam nefti Qazaxıstanda emal edərək hazır neft məhsullarını birbaşa ölkəyə gətirmək imkanı yarada bilər.
Kübra Musayeva