Putin Polşanı "təcrübə siçanı" edəcək - Rusiya NATO-ya qarşı ilk qarmağı atmağı planlaşdırır
ABŞ, Rusiyanın NATO-nun kollektiv cavab vermək iradəsini və qətiyyətini yoxlamaq məqsədilə yaxın bir neçə ay ərzində məhdud hərbi təxribat törədə biləcəyi barədə Polşaya rəsmi xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, kəşfiyyat məlumatlarına əsaslanan xəbərdarlıqda Kremlin planlaşdırdığı bu mümkün addımın birbaşa genişmiqyaslı müharibə olmayacağı deyilir.
Məlumata görə, bu Alyansın reaksiya sürətini və daxili birliyini sınağa çəkmək məqsədi daşıyan lokal hərbi provokasiya xarakteri daşıya bilər.
Polşa rəsmiləri müttəfiqlərlə birlikdə regionda təhlükəsizlik tədbirlərini və monitorinqləri gücləndirdiklərini bəyan ediblər.
Jalə Rövşən