Paşinyana məğlub olmuş erməni keşişi Azərbaycanı müharibəylə hədələdi
"Müharibənin müəyyən dövrdə baş verməməsi sülhün bərqərar olması və müharibə təhlükəsinin aradan qalxması anlamına gəlmir".
TodayPress TV xəbər verir ki, bunu Ermənistanda "Müqəddəs Mübarizə" hərəkatının lideri Baqrat Srbazan müharibə və sülhlə bağlı məqaləsində yazıb.
Srbazan qeyd edib ki, zəlzələ, yanğın və ya daşqın müəyyən anda baş vermədiyi kimi, bu da onların gələcəkdə baş verməyəcəyi demək deyil. O vurğulayıb ki, dövlətlər və cəmiyyətlər təhlükəsizlik baxımından hər zaman mümkün təhdidlərə hazır olmalıdırlar.
"Müharibəyə daimi hazırlıq dövlətin və cəmiyyətin adi həyat tərzinin bir hissəsinə çevrilməlidir", – deyə o bildirib.
Srbazan əlavə edib ki, tarix boyu yalnız qarşıya çıxan çağırışları qəbul edən və ədalət uğrunda mübarizə aparan xalqlar yaşamağı bacarıblar.
Qiymət Mahir