Paşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Rusiyaya yollanıb.
TodayPress TV xəbər verir ki, Baş nazirin Ofisinin məlumatına görə, o, Yekaterinburqda keçirilən "İnnoprom-2026" beynəlxalq sənaye sərgisi çərçivəsində təşkil olunacaq "Sənaye 360. Sərhədsiz istehsal" mövzusunda plenar iclasda iştirak edəcək.
Səfər çərçivəsində Paşinyanın Rusiyanın baş naziri Mixail Mişustinlə görüşü də nəzərdə tutulub.
Türkan İsgəndərli