Nikol Paşinyan: Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, çünki...
"Ermənistanın məhkəmə sistemi böyük ölçüdə keçmiş elitanın maraqlarını qorumaqda davam edir. Bu səbəbdən yeni Konstitusiyanın qəbul edilməsi vacibdir".
TodayPress TV yerli mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumətin 2026-2031-ci illər üçün proqramını təqdim edərkən deyib.
Onun sözlərinə görə, problem təkcə keçmiş elitanın ailə əlaqələrinin məhkəmə sistemində hələ də geniş yayılmasından ibarət deyil, burada institusional problem də mövcuddur. Paşinyan bildirib ki, məhkəmə sistemi hakimiyyətin yeganə mənbəyi və daşıyıcısı hesab etdiyi xalqla tam institusional əlaqəyə malik deyil.
Paşinyan qeyd edib ki, təklif olunan dəyişikliklər korrupsioner dairələrin ədalətdən yayınmaq imkanlarını əhəmiyyətli dərəcədə azaldacaq.
O, həmçinin yeni Konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə heç bir istinadın olmamalı olduğunu bildirib.
“Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad Qarabağ hərəkatının davam etdirilməsi və münaqişə məntiqinə qayıtmaq demək olardı və biz buna yol verə bilmərik”, – deyə Paşinyan bildirib.
Baş nazir yeni Konstitusiya layihəsinin yaxın aylarda dərc olunacağını deyib.
Qiymət Mahir