NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə

NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə
20.08.2026 12:14 Dünya

Litva Rudninkay təlim poliqonunda NATO müttəfiqlərindən təxminən 1000 hərbçinin yerləşdirilməsi üçün yeni düşərgə tikəcək.

TodayPress TV xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, layihənin dəyəri təxminən 40 milyon avro təşkil edəcək.

Tikinti işlərinin 2028-ci ilin ilk yarısında başa çatdırılması planlaşdırılır. Düşərgədə hərbçilər üçün yaşayış binaları və müxtəlif mühəndislik qurğuları inşa ediləcək.

Belarusla sərhəddə yerləşən poliqonda Almaniya Bundesverinin briqadasının əsas hissəsinin də yerləşdirilməsi nəzərdə tutulur. Təxminən 4 800 hərbçidən ibarət briqadanın Litvada daimi yerləşdirilməsinin 2027-ci ildə tamamlanması planlaşdırılır.

Briqadanın əsasını tank və mexanikləşdirilmiş piyada batalyonları təşkil edəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər