Məşhur reper narkotik təbliğində ittiham olunur
Rusiyalı reper Ptaha (əsl adı David Nuriyev) internetdə narkotik vasitələrin təbliği ilə bağlı inzibati məsuliyyətə cəlb edilib.
TodayPress TV xəbər verir ki, Moskvanın Nikulinski Rayon Məhkəməsinin məlumat bazasında yer alan məlumata görə, iş üzrə məhkəmə iclası 16 iyul tarixinə təyin edilib.
Rusiya qanunvericiliyinə əsasən, reper təqsirli bilinərsə, onu cərimə və ya fəaliyyətinin müvəqqəti dayandırılması cəzası gözləyir. İttihama səbəb olan konkret paylaşım və ya material barədə isə hələlik məlumat verilməyib.