İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..."

İyul və avqustda vəziyyət kəskinləşəcək: "Yeni temperatur rekordları yoldadır..."
01.07.2026 14:07 Dünya

Dünya okeanının səth temperaturu 2023 və 2024-cü ilin eyni dövründə qeydə alınan göstəriciləri geridə qoyaraq yeni rekord müəyyən edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Avropanın "Copernicus" İqlim Dəyişiklikləri Xidmətinin məlumatlarına istinadən yazıb.

Məlumata görə, iyunun 21-də qütb bölgələrindən kənarda dünya okeanının səth temperaturu ilin bu dövrü üçün tarixi maksimuma çatıb.

Mütəxəssislər bildiriblər ki, bu vəziyyət hava şəraitinə, qlobal iqlimə və dəniz ekosistemlərinə ciddi təsir göstərə bilər. Onların sözlərinə görə, yaxın aylarda gözlənilən güclü El-Ninyo hadisəsi də vəziyyəti daha da ağırlaşdıra bilər.

Alimlər qeyd ediblər ki, dünya okeanları Yerin iqlim sistemində yaranan artıq istiliyin 90 faizdən çoxunu özündə toplayır və bunun əsas səbəbi fosil yanacaqlardan istifadədir. Onların fikrincə, okeanların isinmə prosesi sürətlənməkdə davam edir.

Bununla belə, ekspertlər bildirirlər ki, okean səthində ən yüksək temperatur adətən iyul və avqust aylarında müşahidə olunduğundan, prosesin miqyası barədə yekun nəticə çıxarmaq hələ tezdir. Copernicus-un direktoru Karlo Buontempo isə rekord istiləşmə ilə El-Ninyonun birləşməsinin yaxın aylarda yeni temperatur rekordlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər