İstanbulda tramvay relsdən çıxdı
İstanbulda "Kabataş-Bağcılar" xətti ilə hərəkət edən tramvay relsdən çıxıb.
TodayPress TV xəbər verir ki, hadisə "Fındıklı" stansiyası yaxınlığında qeydə alınıb.
Qəza səbəbindən həmin istiqamətdə tramvayların hərəkətində fasilələr yaranıb. Mütəxəssislər qəzanın başvermə səbəblərini araşdırır və xəttin bərpası istiqamətində işlər aparılır.