İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi

İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi
13.08.2026 14:00 Dünya

İsrail Müdafiə naziri İsrael Katz ordudan Livanın cənubunda uzunmüddətli mövcudluğa hazırlaşmağı tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Katz Livanın cənubunda İsrail əsgərlərinə baş çəkərkən bildirib ki, ordunun əsas məqsədi İsrailin şimalındakı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməkdir.

Onun sözlərinə görə, İsrail ordusu bölgədə qalacaq və təhlükəsizlik zonasını tərk etməyəcək.

Katzın açıqlaması ABŞ tərəfindən də tənqidlə qarşılanıb. Vaşinqton İsrailin Livanın cənubunda daimi hərbi mövcudluğunun əldə olunmuş razılaşmalarla uyğun olmadığını bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər