İran qarışdı: Terrorçular SEPAH üzvlərini hədəf aldı
İranda silahlı hücum nəticəsində iki SEPAH üzvü öldürülüb.
TodayPress TV xəbər verir ki, hadisə İranın qərbində yerləşən Kirmanşah əyalətində baş verib.
SEPAH-ın əyalətdəki komandanlığı Pave şəhərində terrorçu qruplaşma üzvlərinin həyata keçirdiyi silahlı hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun iki əməkdaşının həlak olduğunu, daha iki nəfərin isə yaralandığını açıqlayıb.
Bildirilib ki, hadisənin təfərrüatının müəyyənləşdirilməsi, eləcə də hücumu törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində araşdırma aparılır.