İran ABŞ və İsraili hədələdi: “Hüquqi məsuliyyət daşıyacaqlar”

İran ABŞ və İsraili hədələdi: “Hüquqi məsuliyyət daşıyacaqlar”
14.08.2026 09:53 Dünya

İran ABŞ və İsraili iranlılara və ölkənin mülki infrastrukturuna qarşı törədilən əməllərə görə hüquqi məsuliyyətə cəlb etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə İranın Tailanddakı səfiri Nəsrəddin Heydəri TASS-a müsahibəsində bildirib ki, Tehran gələcəkdə ABŞ və İsraildən iranlılara qarşı törədilən cinayətlərə görə hüquqi məsuliyyət tələb edəcək.

Onun sözlərinə görə, İranın əsas prioriteti ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaqla yanaşı, İran xalqının hüquqlarını müdafiə etməkdir.

Heydəri bildirib ki, İran vətəndaşlarına və mülki infrastruktura qarşı törədilən əməllərlə bağlı hüquqi proseslər aparılacaq.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müşaviri Məhəmməd Rza Nəğdi müharibənin 2028-ci ilin noyabrında keçiriləcək ABŞ prezident seçkilərinə qədər davam etdirilməsinin mümkün variantlardan biri olduğunu açıqlamışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər