Hörmüz boğazında yük gəmisinə hücum edildi
Hörmüz boğazında yük daşıyan gəmi naməlum obyekt tərəfindən hücuma məruz qalıb.
TodayPress TV xəbər verir ki, Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) təşkilatının məlumatına görə, hadisə avqustun 14-ü axşam saatlarında baş verib.
Hücum nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Gəminin hansı bayraq altında üzdüyü və hansı şirkətə məxsus olduğu barədə məlumat açıqlanmayıb.
Hadisənin səbəbləri və hücumun kim tərəfindən həyata keçirildiyi ilə bağlı araşdırma aparılır.