Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir?

Həyəcan siqnalı verildi: Təyyarə qaçırılır - Polşadan İsrailə uçan təyyarədə nələr baş verir?
01.07.2026 15:02 Dünya

Varşavadan Təl-Əvivə uçan Polşa Hava Yollarına məxsus LO155 nömrəli reysdə baş verən texniki səhv qısa müddət ərzində təyyarənin qaçırıldığı barədə həyəcan yaradıb.

TodayPress TV xəbər verir ki, reys Bolqarıstanın “Electra Airways” aviaşirkətinin “Airbus A320” təyyarəsi ilə yerinə yetirilirdi. Pilot transponderə səhvən 7500 kodunu daxil edib. Bu kod beynəlxalq aviasiyada təyyarənin qaçırıldığını bildirən siqnaldır.

Siqnal qeydə alındıqdan sonra Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı təyyarəni ölkənin hava məkanında müşayiət edib. Təyyarə Türkiyə hava məkanına daxil olduqdan sonra onu iki F-16 qırıcısı müşayiət etməyə başlayıb. İsrail də Aralıq dənizi üzərində iki döyüş təyyarəsini havaya qaldırıb.

Bir qədər sonra ekipaj bunun pilotun səhvindən qaynaqlandığını bildirib və təhlükə olmadığı təsdiqlənib.

Ehtiyat tədbiri olaraq təyyarənin Kiprdə və Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanına enişinə icazə verilməyib. Təyyarə yerli vaxtla saat 17:15 radələrində Bolqarıstanın Burqas şəhərinə yönləndirilib və təhlükəsiz eniş edib.

Xanım Musayeva

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər