HƏMAS silahı yerə qoysa, İsrail Qəzzadan geri çəkiləcək - Sülh Şurası

HƏMAS silahı yerə qoysa, İsrail Qəzzadan geri çəkiləcək - Sülh Şurası
17.08.2026 04:10 Dünya

ABŞ-nin rəhbərlik etdiyi Sülh Şurası HƏMAS-ın silahsızlaşdırılmağa başlayacağı təqdirdə İsraili Qəzza zolağından qoşunlarını müvafiq olaraq geri çəkməyə və anklava humanitar yardımın çatdırılmasını sürətləndirməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Məlumata görə, Sülh Şurası HƏMAS-dan silahları təhvil verməsini, hərbi infrastrukturu sökməsini, beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verməsini və Qəzza zolağının yenidən qurulmasına yardım göstərməsini tələb edir.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Trampın elçisi, kürəkəni Cared Kuşner Misirdə ölkə rəhbərliyi və HƏMAS nümayəndələri ilə görüşüb. Tərəflər hərəkatın silahsızlaşdırılması, anklavda hakimiyyətin texnokratik hökumətə ötürülməsi və HƏMAS-ın Qəzzanın gələcək idarəçiliyindən kənarlaşdırılması məsələlərini müzakirə ediblər.

Avqustun 17-də C.Kuşnerin İsrailə səfəri və növbəti addımları müzakirə etmək üçün Baş nazir Binyamin Netanyahu ilə görüşü planlaşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər